Seçki günü məntəqələrin çıxışında yenicə səs vermiş vətəndaşlarla keçirilən sorğu.
E.p.-lar kütləvi informasiya vasitələrində son dərəcə populyardır. Onların nəticələrini ümumxalq səsverməsinin rəsmi nəticələri ilə tutuşdurmaqla seçkilərin nə dərəcədə ədaləti olduğu barədə rəy vermək mümkündür. E.-un ixtirasında mətbuatın rolu heç də sosiologiyanın və politologiyanın rolundan az olmamışdır. Tarixdə ilk belə sorğu keçirmiş mütəxəssislər arasında iki şəxsin adı çəkilir: Marsel van Dam və Uorren Mitofski. Danimarkalı siyasətçi və televiziya aparıcısı Marsel van Dam 1967-ci ilin fevralında ölkə parlamentinə seçkilərdə E. təşkil edib. Həmin ilin ikinci yarısında ABŞ-ın Kentukki ştatında qubernator seçkiləri günü CBS News kanalının bölmə rəhbəri Uorren Mitofski eyni texnologiyanı tətbiq edib. □ Ekzitpol keçirmək.
Azərbaycan dilinin izahlı lüğəti