Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

əl1

Ucar

Təndir düzəltmək üçün dairəvi gil hissə.  Beş-altı əl qoysan, təndir baş olar.

əl2

Bakı, Salyan, Şamaxı, Şuşa

Tərəf. □ Oların öyləri sağ əldədi (Şamaxı); Düz get, sora sol ələ dön, elə dönən kimi olların darvazasın görəjəx'sən (Şuşa).

əl3

Ağdam, Bakı, Bərdə, Salyan, Şuşa, Tərtər

Dəfə.  İki əl mən getmişəm, bir əl də sən get, no:lar (Ağdam); Paltarı hələ bir əl yumuşam (Bakı); Bu əl mən gətirim, gələn əl sən (Bərdə).

Azərbaycan dilinin dialektoloji lüğəti