alamat sözündəndir. Müasir Azərbaycan dilində əlamət sözü bir neçə mənada işlənir: 1. Bir şeyin bilinməsinə, müəyyən edilməsinə vasitə olan işarə, nişanə; 2. İz, əsər, qalıq; 3. Rəmz, ifadə, işarə. Danışıqda məcazi mənada görünməmiş, fövqəladə, tayı-bərabəri olmayan mənasında da işlədilir.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Əlamət adı iz, əsər, qalıqdır. Məlum olduğu kimi, azərbaycanlı ailələrdə övlada həm də nəslin daşıyıcısı, davamçısı kimi baxıldığından uşağın dünyaya gəlməsi həm də nəsildən qalan iz, nişanə, əlamət kimi qiymətləndirilir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti