Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

elə1 [elə] əvəzlik

1. O cür, o təhər, o sayaq. Elə tikə götür ki, uda biləsən.(Atalar sözü). Oğru elə bağırdı, doğrunun bağrı yarıldı! (Atalar sözü).
2. O dərəcəd, o şəkildə. Oğru elə bağırdı, doğrunun bağrı yarıldı. (Atalar sözü).
3. O tərəfə, o yana, o səmtə. Mən belə gəldim, o elə getdi.
4. İsim kimi: elələr(i) şəklində – o cür adamlar.  "İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: "Biz Allaha və qiyamət gününə iman gətirdik",- deyirlər." (Bəqərə surəsi).
5. “də” ədatı ilə – o cür də, o qaydada, o tərzdə, olduğu kimi. Necə biçərsən, elə də tikərsən. (Atalar sözü). Necə idisə, elə də qalıb.
6. “ki” bağlayıcısı ilə – o zaman ki, necə ki, onda ki mənalarında zaman anlayışı verir. □ Elə ki, qəti qərara gəldi, fikrindən dönməzdi. (M.İbrahimov).

elə2 [elə] ədat

1. Aid olduğu sözün mənasını dəqiqləşdirir. Elə bu saat çağırtdır. Elə özü də bu işi görmək istəyirdi. Xoruz elə xoruzdur, nə qocası, nə cavanı?! (Atalar sözü). Yaxşı elə yaxşıdır. (Atalar sözü).
2. Ancaq, təkcə, yalnız, məhz mənasında. Məsumə xanıma da elə bu söz lazım idi. (P.Makulu).

Azərbaycan dilinin izahlı lüğəti