Bitkilərdə üzvi maddələri ötürən toxuma növü.
Canlı hüceyrələrdən təşkil olunmuşdur. Ə.B.-ı əmələ gətirən hüceyrələr nəqliyyat funksiyası yerinə yetirir. Fotosintez zamanı bitkinin yarpaqlarında əmələ gələn nişasta və digər üzvi maddələr bitki gövdəsinin qabığında yerləşən Ə.B. vasitəsi ilə bitkinin digər orqanlarına və köklərinə qədər ötürülür. Qabığı soyulmuş gövdədə Ə.B. olmadığına görə ağ kütlə şəklində fırın əmələ gəlməsi nəqliyyat funksiyasının pozulması nəticəsində baş verir.
See also:
Biologiya terminlərinin izahlı lüğəti