Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏLİF ərəb.

alif sözü dilimizdə bir neçə məna ifadə edir: 1. Əlif sözü dilimizdə ülfət bağlayan, dost, yoldaş anlamlarını ifadə edir; 2. Ərəb əlibasında ilk hərf də əlif adlanır; 3. Bu hərfin (əlif) biçiminə görə incə, uzun, düppədüz mənaları da vardır. Klassik ədəbiyyatda “əlif qədd” (düz qamət) kimi ifadələrə də tez-tez rast gəlinir; 4. Əbcəd hesabında əlif/elif bir sayını bildirir. Əlif kişi adı dost olan, ülfət edən anlamlarını ifadə edir.

XX əsrin 70-ci illərindən sonra məişətimizdə dəbdən düşmüş şəxs adlarındandır. Türkiyə türkcəsində də Elif formasında olub, qadın adıdır. Adın məşhur daşıyıcıları arasında Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adına layiq görülmüş Əlif Hacıyev (1953-1992) I Qarabağ müharibəsinin ən ağır günlərində azğınlaşmış düşmənə qarşı amansız döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərən döyüşçülərimizdən olmuşdur. 1990-cı ildə ali təhsilli polis işçisi kimi Xocalı şəhər aeroportunun xətt daxili işlər bölməsinə rəis təyin olunmuş Əlif Hacıyev 1992-ci il fevral ayının 25-dən Xocalının məruz qaldığı dəhşətlərdə dinc əhalini Ağdamın Şelli kəndinə çıxarmağa müvəffəq olur. Lakin düşmənin mövqelərinin daha da möhkəmlənməsinin qarşısını almaq məqsədilə Əlif Hacıyev aeroporta birtəhər daxil olaraq partlatmağa müvəffəq olur, lakin özü də həlak olur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti