►Kiməsə qarşı kin bəsləmək, nəsə xoş olmayan bir şey planlaşdırmaq, pislik eləmək üçün fürsət axtarmaq.
İfadə qədim zamanlarda təhlükəsizlik məqsədilə daim əldə daş saxlamaq adəti ilə bağlı yaranmışdır.
Qədim zamanlarda daş əsas hücum vasitəsi idi. Hətta sülh, yaxud müharibə ilə nəticələnəcəyi məlum olmayan danışıqlar zamanı qoltuğunda bu ibtidai silahı gizlətmək həmin şəxsə gözlənilməzlik faktorundan istifadə edərək üstünlük verirdi.
Odlu silahın yaranmasından uzun müddət keçsə də, bu ifadə dilimizdə hələ də qalmışdır və «qisas almağa hazır olmaq», «kiməsə pislik etmək», «fürsət gözləmək» mənalarını verir.
Məsəllər, deyimlər