Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏLÖVSƏT ərəb.

mürəkkəb adların tərkibində işlənən Əli adı və övsat (ortancıl) sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Əliövsət adı bu gün Əlövsət formasındadır. Əlövsət kişi adı ortancıl Əli anlamını ifadə edir. XX əsrdə məişətimizdə geniş yayılmış kişi adlarından olsa da, bu gün unudulmaqda olan şəxs adları sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti