mürəkkəb adların tərkibində işlənən el və çad sözlərinin birləşməsindən yaranmış şəxs adıdır. Elşad (bax: EL; ŞAD) kişi adı çox yüksək rütbəli hökmdar, sərkərdə anlamlarını ifadə edir.
Bu gün mövcud əksər izahlı lüğətlərdə nədənsə Elşad antroponimi elin şadlığı, elin şad olması kimi izah edilir. Bildiyimiz kimi, bir zamanlar türklərdə şad xaqandan sonra yüksək hərbi titul olmuşdur. Tarixdə Tərdüş Şad, Tolis Şad, Buri Şad kimi, Elşad antroponimi də, yəqin ki, bir zamanlar El Şad kimi işlənərkən adın daşıyıcısının yüksək rütbəli şəxs olduğunu ifadə edirmiş, sonradan müstəqil kişi adı kimi formalaşmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti