Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏLVƏND ərəb.

mürəkkəb adların tərkibində işlənən Əli adı və fars. vand (nəsil) sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Həmədan yaxınlığındakı Əlvənd dağının adından olması barədə mülahizələrə də rast gəlinir. Dilimizin antroponimik vahidlər sistemində dağ adlarından yaranmış kifayət qədər şəxs adı mövcuddur. Əlvənd də bu sıradan olan kişi adlarındandır. Azərbaycanda qədim adlardandır. Tarixdən məlum olduğu kimi, Əlvənd Ağqoyunlu sultanı (1498-1501) olmuşdur. Lüğətlərdə Beyləqan şəhəri ətrafında yaşamış Əlvənd nəslinin adından olması barədə məlumatlar da mövcuddur. Zərdab rayonunda Əlvənd kəndinin adı da həmin nəslin adı ilə əlaqələndirilir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti