Reklam
Reklam

Fizika terminlər lüğəti

ENTROPİYAyun. en – da, də + trope – çevrilmə

Termodinamik sistemin hal funksiyası.

Elmə R. Klauzius daxil etmişdir (1865).  Termodinamikanın birinci qanununa görə enerji itmir,  bir növdən başqa növə çevrilir. Enerjinin iki müxtəlif növü olan iş istiliyə,  istilik isə işə tamamilə çevrilə bilər.  Bu zaman ümumi enerji sabit qaldığından termodinamikanın birinci qanunu belə proseslərin getməsinə heç bir məhdudiyyət qoymur. İkinci qanun tarazlıqdan çıxmış sistemin hansı yollarla tarazlığa qayıtmasını göstərir. Tarazlıqda olmayan sistem tarazlığa gəlincə arası kəsilmədən E.-sı az olan haldan E.-sı çox olan hala keçir və nəhayət, tarazlıqda E. ən böyük qiymət alır.

ENTROPİYA2 yun. en – da, də + trope – çevrilmə

riyaz., inf. Müəyyən  mənbədən alınan məlumatların  qeyri-müəyyənlik ölçüsü. 

Elmə amerikan riyaziyyatçısı K.E. Şennon daxil etmişdir  (1916).

Fizika terminlər lüğəti