anvar (əslində anvar) nur (bax: NUR) sözünün cəmindən olub, daha çox işıqlı, daha parlaq, çox nurlu anlamlarını ifadə edir.
XX əsrdə məişətimizdə geniş yayılmış adlardan olsa da, bu gün artıq unudulmaqda olan adlardan hesab edilir desək, yəqin ki, yanılmarıq. Adın daşıyıcılarından I Qarabağ döyüşlərindəki şücaətinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adına layiq görülmüş Ənvər Arazov (1953-1992) Ağdərə uğrunda gedən qanlı döyüşlərdə başçılıq etdiyi dəstənin üzvlərini qəddar düşmənin mühasirəsindən çıxarmağa müvəffəq olsa da, özü qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti