Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

epipremnum

stsindapsus, potos

Aroidkimilər ailəsinə məxsus dekorativ bitki.

Yabanı halda Sakit okeanın Salamon adalarında bitir. E. həmişə yaşıl qalan, tünd yaşıl rəngli, ürəkşəkilli, uzunluğu 4-15 sm olan yarpaqlardan ibarətdir. E. dekorativ yarpaqlı bitkilərdın sayılır. 10 növü var; növlər bir-birindən yarpaqlarının forma və rənglərinə görə fərqlənir. E. çox təlabkar bitki deyil – hər bir şəraitdə yetişə bilər. Bitkinin hündürlüyü 100-130 sm-ə qədər çatır. Yarıkölgə şəraitdə yaxşı inkişaf edir.

Biologiya terminlərinin izahlı lüğəti