Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ergenekon isim kult. qəd. türk. < monq. - məkan adı; vadiyə çıxış, qurtuluş

1. Qaranlıqdan işıqlı dünyaya çıxma, qurtulma; bir sıra türk xalqlarında qurtuluş və azadlığa çıxma bayramı; türk mifologiyasında martın 21-nə təsadüf edən yenidən törəniş və birlik bayramı. □ Ergenekonu qeyd etmək.

2.  Türklərin törənişi haqqında dastan; düşmən təqibindən qaçaraq əlçatmaz yerdə gizlənməyə nail olan, 3-4 əsr yaşayaraq artıb-törəyən və Boz qurdun köməyi ilə işıqlı dünyaya çıxmış göytürklər haqqında mifik rəvayət. □ Ergenekon dastanı.

3. Türkiyədə ilkin dövrlərdə (1950 - 60) dövləti və ordunu qoruma instiktini yaşatmaq məqsədilə yaradılmış təşkilat. □ Ergenekon əməliyyatı.

Azərbaycan dilinin izahlı lüğəti