Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ərimək [əriməx'] feil

1. Hərarətin təsiri ilə bərk, yaxud donmuş haldan maye halına keçmək; ərgin hala gəlmək. Buzu gün əridər, insanı xəcalət. (Atalar sözü). Dağ başında qala var; Əriməyib hələ qar. (Bayatı).
2. Məhlulun içində həll olmaq. Şəkər çayın içində əridi. Duz suyun içində əridi. Toz dərman məhlulun içində əridi.
3. Məcazi mənada: arıqlamaq, zəifləmək, sınıxmaq. Xəstə gündən-günə əriyir. Yazıq bir həftənin içində əridi. Qəm insanı əridir. (Atalar sözü).
4. Məcazi mənada: utanmaq, xəcalət çəkmək. Heç ərimirsən? Sənin yerinə mən əriyirəm.
5. Yavaş-yavaş yox olub getmək, çəkilmək, çəkilib-getmək, itib-getmək, duyulmaz olmaq. Zülmət əridi. Qaranlıq əriyir.
6. Məcazi mənada: ürəyinə yatmaq, ləzzət almaq, həzz almaq, valeh olmaq.
7. Məcazi mənada: cürbəcür yollarla işə verilmək, satılmaq. Bu yollarla çox mallar əridi.

See also:

frazeologizm: əriyib çöpə dönmək frazeologizm: şam kimi ərimək frazeologizm: ürəyi ərimək frazeologizm: ürəyinin yağı ərimək Azərbaycan dilinin izahlı lüğəti