Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ermitaj isim mem. fr. ermitage – ayrıca, xüsusi ayrılmış yer, tək ev

1. Şəhərkənarında xudmani ev;  park və pavilyonları olan ayrıca ev. □ Ermitajda istirahət etmək.

2. Geniş salonlarında müxtəlif sərgilərin, rəsm və sənət nümunələrinin, kolleksiyaların nümayiş etdirildiyi bina; bədii əsərlər və zəngin mədəni-tarixi eksponatları olan muzey. □ Dövlət Ermitajına ekskursiya.

Azərbaycan dilinin izahlı lüğəti