Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

əskik [əsgix'] sifət

1. Bütün olmayan, naqis, natamam, çatışmayan. Üç manatdan otuz qəpik əskik. Parça 3 santimetr əskikdir. Ocaqdan kül əskik olmaz. (Atalar sözü). Bəhanəçiyə bəhanə əskik olmaz. (Atalar sözü).
2. Nöqsanlı, qüsurlu, eyibli, çatmayan, yarımçıq, alçaq, pis, əskiklik gətirən. Onun ağlı bir qədər əskikdir. Əskik söhbətlər.
3. Başqasından az, kiçik, alçaq, aşağı. Sənin boyun onunkundan bir az əskikdir. Onun pulu mənimkindən əskikdir.
4. Vulqarizm. Qiymətsiz, dəyərsiz. Əskik adamdır.
5. İsim kimi: əskik gələn miqdar, çatışmayan miqdar, tam olmaq üçün əlavə edilməli olan miqdar, çatışmayan şey, gərəkliyi duyulan şey, əgər-əskik. Əskiyi doldurmaq. Əskiyi çoxdur. Onun da beş manat əskiyi var. Evin əskiyi qurtarmır.

See also:

frazeologizm: başından bir tük də əskik olmasın frazeologizm: bircə donuzu əskikdir frazeologizm: əli üstündən əskik olmamaq frazeologizm: əskik çıxarmaq frazeologizm: əskik olmayasan frazeologizm: əskiklik gətirmək frazeologizm: əskiyi çıxmaq frazeologizm: gülləsi əskikdir frazeologizm: kölgəsi üstündən əskik olmamaq frazeologizm: qapısında təkcə donuzu əskikdir Azərbaycan dilinin izahlı lüğəti