Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

əsl kirpilər

lat. echinosoricidae fishcer

Həşəratyeyənlər (cücüyeyənlər) dəstəsinin kirpilər fəsiləsindən məməli heyvan cinsi.

Bədəninin uzunluğu 15-27 sm-dək, quyruğu 20-37 mm-dək olur. Bədəni boz-qonur rəngli tikanlarla örtülmüşdür. Avrasiya və Afrikada adi kirpi növü daha geniş yayılmışdır. Azərbaycanda 2 növünə təsadüf edilir: Muğan yekəqulaqlı kirpi və Zaqafqaziya kirpisi.

Biologiya terminlərinin izahlı lüğəti