Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ətlal

ər. – təpələr

Şərq ədəbiyyatında, cahiliyyə dövrünün ərəb poeziyasında qəsidələrdə işlənmiş başlanğıc hissə, müqəddimə.

Bu hissədə tərk edilmiş köhnə yurd yerlərinin (sönmüş ocaq, hisli daşlar, ətrafa dağılmış əşyalar) oyatdığı nostalji hiss və duyğular, ən əsası isə kədər və iztirabın ifadəsi öz əksini tapır. Əsərlərini ərəbcə yazan Azərbaycan şairi Şihabəddin Sührəverdinin qəsidələrində Ə. nümunələri vardır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti