Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

etüd

fr. etude – elm

Təbiət lövhələri və ya müəyyən sosial mövzu ilə bağlı müəllifin duyğu və fikirlərini əks etdirən kiçik ədəbi əsər.

E.-ün əsasında yazıçının subyektiv təəssüratı, duyğu, qavrayış və təsəvvürü dayanır. Təbiət hadisələrindən dənizin dalğalanması, günəşin doğması, dan yerinin sökülməsi, qürub, bəyaz gecələr və s. E.-ün əsas mövzularıdır. Sosial mövzuda yazılmış E.-də baş vermiş hər hansı hadisə ilə bağlı müəllifin fəlsəfi fikirləri və ya bu hadisənin müəllifə təsiri də öz əksini tapa bilər.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti