ər. – təsadüfi, fövqəladə hadisələr
Orta əsrlərdə Yaxın Şərqin bir sıra ölkələrində, o cümlədən Azərbaycanda müharibə, saray şənlikləri və s. hadisələrlə əlaqədar təcili xərcləri ödəmək üçün toplanan fövqəladə vergi.
Ə. termini bəzən cəm halında «əvarizat» kimi də işlənir. Səfəvilər dönəmində yerli hakimlərin rəiyyət üzərinə qoyduğu hər cür fövqəladə vergi və mükəlləfiyyət Ə. adlanıb. Xanlıqlar dövründə isə kənd əhalisi mülkədar üçün nəzərdə tutulduğundan iki gün artıq işləməyə məcbur edilib və buna Ə. deyilib. Ə. mükəlləfiyyəti Azərbaycanda 1870-ci ilədək mövcud olub.
See also:
Tarix terminləri lüğəti