Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

əyan1 [ə:yan] sifət ərəb

Gözlə görünən, açıq, aydın, aşkar (adətən xəbər şəkilçisi ilə işlənir). Əyan etmək. Əyan olmaq. Onun düzgünlüyü hamıya əyandır. Gedən, getmə, dayan, dur; Sirrim sənə əyandır. (Bayatı).

əyan2 [ə:yan] isim ərəb

Arxaizm. Ölkənin yuxarı təbəqələrinə mənsub olan mötəbər və yaşlı adamlar; zadəganlar. Nüşabə taxt üstündə oturmuş, ətrafda vəzirlər, əyanlar, sərkərdələr, saray adamları dayanmışdır. (A.Şaiq).

Azərbaycan dilinin izahlı lüğəti