Ağbaba, Borçalı, Cəbrayıl, Gədəbəy, Qazax, Mingəçevir, Oğuz, Tovuz
Qorxmaq, ehtiyat etmək. □ Adam qarannıxda eyməner (Qazax); Eyməmməx' oğula yaraşan iş döy heç (Gədəbəy); Tək adam evdə eymənir (Ağbaba); Yaman qarıdı, heş kəsdən eymənmer Güllü (Qazax); Beyjə gəlerdim məytəf tərəfdən, əmmə yaman eyməndim (Borçalı); Elə qarannıxdı kın, adam eşiyə çığmağa eymənir (Tovuz).
Azərbaycan dilinin dialektoloji lüğəti