Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

əyrimçə

Üzük. (“Koroğlu” dastanının lüğəti)

Eyvaz xana al şərabı içirdim,

Du deyibən, çox xocalar köçürdüm,

Səksən oxu əyrimçədən keçirdim,

Heç kamanda arzumanım qalmadı.

                         (Əndəlib Qaracadaği “Şeirlər məcmuəsi”)

                    *

Dolu-dolu badələri içirdim,

Dov gəlübən çox paşalar köçürdüm,

Səksən oxu əyrimcədən keçirdim,

Heç kamanda arzumanım qalmadı.

                           (Paris nüsxəsi, 4-cü məclis)

Azərbaycan dastanlarının leksikası