Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

fablio

lat. fabula – hekayət, təmsil

XII–XIV əsr fransız ədəbiyyatında nəzmlə yazılmış qısa komik və ya satirik hekayə.

Kobud yumor və mənəvi dəyər aşılayan ideya F.-nun əsas xüsusiyyətləridir. Bu əsərlərin əsas komik personajları şəhvani hislərə qapılmış keşiş və ruhanilər, kütbeyin kəndlilərdir. F. janrında yazılmış çox az əsər müasir dövrümüzə gəlib çatıb. Lakin F.-nun süjet və üslubi xüsusiyyətləri orta əsrlər fransız ədəbiyyatına güclü təsir göstərib, Lafonten, Molyer, Balzak kimi yazıçılar əsərlərində F.-dan istifadə ediblər.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti