dilində fauqa ön şəkilçi olub, sözə qoşularaq adidən hündürdə, yüksəkdə olma mənası yaradır.
Faiq antroponimi də fauqa ilə eyni kökdəndir, üstün, başqalarından seçilən, fərqli olan, seçmə, böyük, əla olan anlamını ifadə edir. Azərbaycanda da, Türkiyədə də tez-tez rast gəldiyimiz Faiq şəxs adı digər türk xalqlarının dilində elə də populyar antroponimlərdən hesab edilmir. Azərbaycan antroponimikasında təxəllüsdən yaranmış adlar sırasındadır. Məlum olduğu kimi, Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində məşhur “Molla Nəsrəddin” jurnalının əsasını qoyanlardan biri, tərəqqipərvər, millətinin irəli getməsini arzulayan, jurnalist, eyni zamanda bu yolda əlindən gələni əsirgəməyən ziyalılarımızdan olmuşdur. Azərbaycanda ilk dəfə Faiq adını özünə təxəllüs götürən də o, olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti