Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

fakt [fak't] isim latın

1. Həqiqətən olmuş hadisə, əhvalat, qəziyyə. □ Bu deyilənlər uydurma deyil, faktdır.
2. Nümunə, misal. □ Faktı geriyə qalmışlardan deyil, qabaqcıllardan götürmək lazımdır. (Ə.Vəliyev).
3. Bir nəticəyə gəlmək, bir işə yekun vurmaq və ya bir ehtimalın, fərziyyənin düzgünlüyünü müəyyən etmək üçün əsas olan şey; dəlil. □ ..Qanun fakt tələb edir. (C.Cabbarlı).
4. Gerçəklik, reallıq, həqiqət, olub-bitmiş şey. □ Sübut olunmuş fakt.

See also:

jurnalistika: faktla rəyin fərqləndirilməsi frazeologizm: fakt qarşısında qalmaq Azərbaycan dilinin izahlı lüğəti