►Kiminsə bir məsələyə hədsiz emosional və aqressiv yanaşmasını, kəskin mənfi reaksiyasını yarızarafat və kinayə ilə bildirmək üçün işlədilən ifadə.
İfadə ötən əsrin 60–70-ci illərində geniş yayılmış «Fantomas» macəra filmindən (Fransa, 1965) qaynaqlanaraq məşhurlaşmışdır.
Yazıçı Marsel Alenin ələkeçməz və hiyləgər cinayətkar olan Fantomas haqqında silsilə romanlarının birincisi 1911-ci ildə, axırıncısı isə 1962-ci ildə çap olunub. Rejissor Andre Yunebelin çəkdiyi film isə (ssenari müəllifləri J.Alen və P.Fuko) Fantomas obrazını daha da məşhurlaşdırmışdır.
Məşhur deyim filmdə polis komissarı Jüvün (aktyor L. de Fünes) dilindən səslənir. O, Fantoması tutmaq üçün daim əcaib, həyata keçirilməsi mümkün olmayan planlar qurur. İstənilən situasiyadan məharətlə çıxmağı bacaran çevik və ağıllı Fantomas hər dəfə polisləri çıxılmaz vəziyyətə sala bilir. Komissara yalnız bu dahi cinayətkarın tətbiq etdiyi texnologiyalara heyrətlənmək qalır.
Məsəllər, deyimlər