faruq sözü dilimizə tərcümədə tez qərara gələn, tez ayırd edə bilən, haqlını haqsızdan, doğrunu yanlışdan ayırmaqda usta olan, ədalətli, adil anlamlarını ifadə edir.
Faruq Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasındadır. Ərəb dünyasında olduğu kimi, türk xalqlarında da Faruq kişi adı geniş yayılmışdır. Həzrət Ömərin ləqəbi olmuş Faruq ərəblərdə geniş yayılmış kişi adlarındandır. Ərəb dövlətlərinin tarixində bir çox tarixi şəxsiyyətlərin adı olmuşdur. Azərbaycanda, Türkiyədə olduğu kimi, ərəb dünyasında da Faruq adına rast gəlinir. Bəzi lüğətlərdə nədənsə Fərrux (bax: ad – FƏRRUX) antroponimi ilə qarışdırılır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti