Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

feilin arzu şəkli

İşin gələcəkdə icrasının arzu edildiyini bildirən feil şəkli.

Feilin arzu şəkli feilə -a2 şəkilçisinin ar­tırılması ilə düzəlir; məs.: tap-a, tapıl-a, qazdır-a, sev-ə, sevil-ə və s. Feil saitlə qurtararsa, şəkilçinin əvvəlinə y samiti əlavə edilir; məs.: saxla-ya, gözlə-yə. Feilin arzu şəkli zamanlara görə dəyişə bilməsə də, məzmununda gələcək zaman anlayışı var. Arzu şəklində feildən əvvəl çox vaxt gərək, kaş söz­lərindən biri işlədilir; məs.: gərək (kaş) dayan-a,  gərək (kaş) səslə-yə və s. Arzu şəkli hərəkətin neçənci şəxsə aid olduğunu göstərmək üçün şəxs şəkilçilərini qəbul edərək şəxsə görə dəyişir.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti