fars. fənd, ər. feil
Hiylə, kələk, fırıldaq, dolab, qurğu. (“Koroğlu” dastanının lüğəti)
Özü də həm paşa idi, həm də çox bacarıqlı qoşun böyüyü idi. Dava dəsgahının min bir fənd-felini sinədəftər eləmişdi. (“Həmzənin Qıratı aparmağı”)
*
İndi biz gərək burda düşüb səhəri gözləyək. Koroğlunun fənd-felindən baş açmaq olmaz. (“Koroğlu ilə Bolu bəy”)
*
Qarı düşmən, fənd-felini bilirəm,
Dəlilərim bu şəhərdə qalıbdı.
Saat yarım sizə möhlət verirəm,
Dəlilərim bu şəhərdə qalıbdı.
(“Qulun qaçmağı”)
Azərbaycan dastanlarının leksikası