Hökmdarın yazılı əmri. (“Koroğlu” dastanının lüğəti)
Xotkarın fərmanı budu ki, sənin ya başını aparam, ya özünü. (“Hasan paşanın Çənlibelə gəlməyi”)
*
Bu tərəfdən də xotkar bütün paşalara, qoşun böyüklərinə fərman göndərmişdi ki, kim Koroğlunun ya özünü, ya da başını gətirsə, onu dünya malından qəni edəcək. (“Koroğlunun Ərzurum səfəri”)
*
İgid olan etməz xata,
Qoç gərək pusquda yata,
Xan Eyvaz min Ərəb ata,
Bəlli Əhməd fərmana gəlir.
(“Koroğlunun qocalığı”)
Azərbaycan dastanlarının leksikası