Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

FƏRMAN fars.

farman dilimizdə ümumişlək sözlərdən olub, əsasən əmr, buyuruq, hökm, göstəriş, hər hansı bir məsələ ilə əlaqədar hökmdarın, padşahın qərarı, bir sözlə, ali hakimiyyət orqanının qanun qüvvəsində olan sərəncamı, qərarı kimi anlaşılır.

XX əsrdə məişətimizdə geniş yayılmış Fərman kişi adı bu gün müşahidəediləcək dərəcədə azalmışdır. Fərman kişi adı əmr, sərəncam, qərar mənasındadır. Adın daşıyıcılarından tanınmış geoloq alim, ictimai xadim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya EA-nın müxbir üzvü, Lenin mükafatı laureatı, Sosialist Əmək Qəhrəmanı Fərman Salmanov (1931-2007) keçmiş Sovet İttifaqında neft-qaz sahəsində görkəmli mütəxəssislərdən olmuşdur. XX əsrdə neftçi-alimin rəhbərliyi altında Surqutda, Salımskda, Pravdinskda, Mamontovskda, Somotlorda, Urenqoyda, Qərbi Sibirin başqa yerlərində iyirmi neft və qaz yatağı aşkar edilmişdir. F.Salmanov həm də neft və qaz geologiyası məsələləri ilə bağlı bir sıra elmi işlərin müəllifi olmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti