Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

fəryad [fəryat] isim fars

1. Acı-acı bağırma; nalə, qışqırıq, çığırtı, fəğan, ah-nalə, vaveyla. □ Oğlunu itirmiş ananın fəryadı.
2. Məcazi mənada: inləmək, ağlamaq, sızlamaq. □ Külək uğuldadıqca çinarın qurumuş yarpaqları fəryad qoparırdı. (Ə.Vəliyev).
3. İmdada, köməyə çağırış səsi. □ Qurbanam yarın adına; Kim yetişsin fəryadıma? Məni salarmı yadına; Üç gündən bir, beş gündən bir. (Xalq mahnısı).

See also:

frazeologizm: fəryad çəkmək (qoparmaq) frazeologizm: fəryadı ərşə dayanmaq Azərbaycan dilinin izahlı lüğəti