Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

FƏTULLA ərəb.

fath və mürəkkəb adların komponenti kimi işlənən Tanrı ilə əlaqədar Üllah sözlərinin birləşməsindən əmələ gələn (fathü-l-lahi) şəxs adıdır. Əslində Fətullah (bax: ad – FƏTHİ; ÜL- LAH) olan kişi adı Tanrının fəthi, Allahın qələbəsi anlamlarını ifadə edir.

Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən əmələ gələn adlarda yanaşı gələn samitlərdən birinin düşməsi nəticəsində Fəthullah adı sonradan Fətullah formasına düşmüşdür. Adın təhrif olunmuş forması Fətulla da sonradan müstəqil şəxs adı kimi rəsmiləşmişdir. Məişətimizdə Fəthullah adı bu gün yalnız Fətulla formasında mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti