ing. feature – xüsusiyyət, özəllik
1. Bir şeyin fərqləndirici xüsusiyyəti, ən mühüm detalı.
Nümunə: bir şəhərin qədim bazar meydanında hündür minarəli məscidi onun F.-i ola bilər.
2. Sifətin ən nəzərəçarpacaq detalı; ekranda görünən, yaxud yazıda təsvir edilən və insanın xarici görünüşü, bəzən hətta xarakteri haqqında təsəvvür yaradan cizgisi.
Nümunə: qabağa çıxmış iri çənə; yastı, halqa keçirilmiş qara burun və s.
3. Konkret mövzuda ətraflı təsvirdən ibarət qəzet-jurnal məqaləsi, televiziya verilişi, yaxud onun hissəsi.
4. Adətən, 90 dəqiqə və daha artıq davam edən tammetrajlı film.
Jurnalistika terminləri lüğəti