Məməlilər sinfinin xortumlular dəstəsinə aid olan heyvan ailəsi.
F.-lər ən böyük quru heyvanlarıdır. F.-lər ailəsinə 3 növ aiddir. Afrika fili – loksodonta; Hindistan (Asiya) fili – elephas; digər növlər və mamontlar isə buzlaşma dövründə məhv olmuşdur. F.-in məhv olmasının qarşısını almaq üçün onlar qırmızı kitaba daxil edildir. F.-in xortumu onların üst dodağı ilə burunlarının qovuşması və kəskin uzanmasından əmələ gəlmişdir.
Biologiya terminlərinin izahlı lüğəti