ing. film – lent + yun. theke – anbar, yeşik
Filmlərin toplanması, saxlanması, texniki cəhətdən qorunması və yayılması ilə məşğul olan müəssisə, yaxud müəssisə nəzdində şöbə.
Ayrı-ayrı şəxslərin fərdi qaydada topladıqları filmlərin kolleksiyası da F. adlandırılır. Böyük F.-lar sadəcə «film anbarı» rolunu oynamır, həm də elmi işlə, maarifçiliklə məşğul olur, köhnə lentlərin, fonoqramların bərpasını həyata keçirir, filmləri plastik lentlərdən rəqəmsal daşıyıcılara, kompüterlərin yaddaşına köçürür, onların elektron kataloqunu yaradır. F.-lar Beynəlxalq Kino Arxivləri Federasiyası (FIAF) çərçivəsində əməkdaşlıq edir, bir-biri ilə mübadilə aparır.
See also:
Jurnalistika terminləri lüğəti