Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

fırlanmaq [fırrammax] feil

1. Öz oxu ətrafında dairəvi hərəkət etmək, dolanmaq, hərlənmək, dövr etmək. □ Dəyirman pərləri elə fırlanır ki, görmək olmur. (Mir Cəlal).
2. Bir şeyin ətrafına dolanmaq, hərlənmək, o yan-bu yanına keçmək. □ Evin ətrafına fırlanmaq.
3. Rəqs zamanı dönmək, dolanmaq, hərlənmək. □ Qaraca qız elə bir tərzdə fırlandı ki, baxanların nəzərində bir şar kimi göründü. (S.S.Axundov).
4. Konkret bir məqsədi olmadan gəzmək; gəzişmək, gəzinmək. □ Parkda fırlanmaq.
5. Kiçik bir yerdə ora-bura hərəkət etmək; gedib-gəlmək, gəzinmək, gəzişmək. □ Gənc bir doktor daima.. başı yanında fırlanırdı. (Ə.Məmmədxanlı).

See also:

frazeologizm: başı fırlanmaq frazeologizm: başına fırlanmaq frazeologizm: beynində fırlanmaq (fırlatmaq) frazeologizm: dünya başına dolanmaq (fırlanmaq) frazeologizm: ələyi ələnib, xəlbiri göydə fırlanır frazeologizm: təkəri geri fırlanmaq frazeologizm: unu ələnib, xəlbiri göydə fırlanır Azərbaycan dilinin izahlı lüğəti