Dövlət və ictimai xidmət orqanlarında baş verən və gizli saxlanılan qanun pozuntuları, haqsızlıqlar barədə həmin qurumların daxilindən mediaya informasiya ötürən şəxs.
F.-ların sızdırdıqları informasiya yayıldıqdan sonra onlar, adətən, işlədikləri qurumlarda təzyiqlərlə üzləşir, təqiblərə məruz qalırlar. Lakin F.-ların məqsədi ictimai diqqəti pozuntulara cəlb etməkdir. Buna görə də onlar bir çox ölkələrdə hüquqi müdafiə ilə təmin olunurlar; məsələn, ABŞ-da 1989-cu ildə qəbul edilmiş, 2007-ci ildə yenilənmiş «Fitçalanların müdafiəsi haqqında» xüsusi qanun fəaliyyət göstərir.
See also:
Jurnalistika terminləri lüğəti