fr. format < lat. forma – görünüş, zahiri görkəm
1. Çap materiallarının (kağız, ofset təbəqə və s.), habelə çap məhsullarının (kitab, jurnal, qəzet və s.) standart ölçüsü.
2. Televiziya kanalının, radiostansiyanın texniki yayım standartı.
3. Bir verilişə xas olan daimi elementlərin məcmusu; televiziyada, radioda məzmunun təqdimat üsulu.
Bu üsul, əsasən, verilişlərin janr xüsusiyyətləri, istiqaməti ilə səciyyələndirilir; misal: «Televiziya formatının ən qısa anlamı televiziya proqramı deməkdir. Proqram formatları bunlardır: macəra, uşaq proqramları, yumoristik proqramlar…» (Rifat Karlova).
4. Kompüterdə, elektron daşıyıcılarda saxlanılan informasiya vahidinin (faylın) strukturu.
Misal: «Əlavə edilmiş faylların formatı ixtiyari ola bilər – doc, pdf…» (e-taxes.gov.az).
5. Fotoaparatlarda kadr pəncərəsinin, rəqəmli fotoaparatlarda matrisanın ölçüsü.
Bu ölçülərdən asılı olaraq fotoaparatlar kiçikformatlı, ortaformatlı və iriformatlı olur.
6. Hər hansı tədbirin təşkili və keçirilmə qaydası. □ Misal: «Onun sözlərinə görə, görüşün məqsədi və formatı məlum deyil» (bbc.com).
See also:
Jurnalistika terminləri lüğəti