1. Hər hansı bir qurğu, mexanizm və s. haqqında əsas məlumatlar yazılan, onun işlənməsi, xarab olması, təmiri və s. müntəzəm surətdə qeyd olunan xüsusi dəftər və ya blank. □ Təyyarənin formulyarı.
2. Kitabxanaçılıq. Kitabxana kitablarının içinə qoyulan, habelə oxucuların onlardan istifadə etməsi haqqında orada qeydlər edilən uçot kartoçkası. □ Kitabın formulyarı.
3. Kitabxanaçılıq. Hər bir kitabxana oxucusu üçün doldurulan və ona verilən kitabların qeyd olunduğu kiçik dəftərçə. □ Oxucunun formulyarı.