Reklam
Reklam

Tarix terminləri lüğəti

frankizm

isp. Franquismo

İspaniyada 1936–1939-cu illərin vətəndaş müharibəsində qalib gələrək hakimiyyətə gəlmiş və 1975-ci ilə qədər dövlət başçısı olmuş general F.Frankonun diktatura sistemi, habelə bu sistemin ideoloji əsasları.

Frankonun qurduğu rejim italyan faşizmi və alman nasional-sosializmi qədər sərt totalitar mahiyyət daşımayıb. F. üçün personalizm xarakterik olub: onun əsasında konkret bir ideologiya deyil, öz ölkəsində «kaudilyo» (rəhbər) adlandırılan generalın şəxsiyyəti dayanıb. Həmin dövrdə İspaniyada konstitusiya da olmayıb, onu Frankonun verdiyi qanunlar əvəzləyib. Eyni zamanda ölkə ciddi dəyişikliklərə məruz qalıb. Kütləvi repressiyaların həyata keçirildiyi ilkin mərhələdən fərqli olaraq sonrakı dönəmlərdə F.-də xeyli mülayimləşmə müşahidə olunub. İspaniya iqtisadi cəhətdən inkişaf edib, 1960-cı illərin stabilizasiya planı isə tarixdə «ispan möcüzəsi» adı ilə tanınıb. Bu səbəbdən müasir tədqiqatçılar arasında F.-in təsnifatı mübahisələr doğurur: bəziləri onu faşizmin bir növü, digərləri avtoritarizmin konkret forması kimi qiymətləndirir.

Tarix terminləri lüğəti