Reklam
Reklam

Tarix terminləri lüğəti

freska

ital. fresco – təzə

1. Yaş suvaq üzərində boyakarlıq texnikası.

2. Suvağı qurumamış divar və ya tavan üzərində sulu boyalarla çəkilmiş şəkil.

Suvaq quruduqdan sonra onun üzərində kalsium-karbonatdan ibarət şəffaf təbəqə əmələ gəlir ki, bu da F.-nın uzunömürlülüyünü təmin edir. F.-ların yaranma tarixi dəqiq məlum deyil, onlara hələ e.ə. II minillikdə Egey mədəniyyətində rast gəlinir. Bu texnika antikerkən orta əsrlər dönəmində geniş yayılsa da, İntibah dövründə ən yüksək inkişaf mərhələsinə çatıb.

Tarix terminləri lüğəti