Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

freydizm

ing. freudianism

Avstriyalı psixoloq Ziqmund Freydin adı ilə adlandırılmış psixoanaliz nəzəriyyəsi.

“Ortodoksal psixoanaliz” də adlanır. Psixoanalizi sosioloji və fəlsəfi-antropoloji doktrina səviyyəsinə qaldıran Freydə görə, insan psixikasının əsas hərəkətverici qüvvəsi qeyri-şüuri psixoseksual meyillərdir və bu meyillərin yerinə yetməməsi psixoloji sarsıntılara səbəb olur. Geniş mənada F. Z.Freydin nəzəriyyəsindən mədəniyyət, yaradıcılıq prosesləri və ümumən cəmiyyətdə baş verən hadisələrin izahı üçün istifadə edən müxtəlif məktəb və istiqamətlərin ümumi adıdır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti