Eyni məlumatın fərqli şəkildə təqdim olunması nəticəsində insanların fərqli qərarlar verməsi hadisəsi.
İnsan beyninin qərarvermə mexanizmi adətən rasional deyil, emosional olduğuna görə, qərarlarımız məlumatın məzmunundan çox, onun necə təqdim olunmasından asılıdır. Məsələn, əməliyyata hazırlaşan cərrahın pasiyentə ötürdüyü mesaj iki cür ola bilər: 1) “Bu əməliyyatın uğur ehtimalı 90%-dir.” 2. “Bu əməliyyatda 10% ölüm riski var”. Hər iki cümlə eyni məna daşıyır, amma birincisi pozitiv, ikincisi qorxuducu səslənir. Ona görə də məlumatı ikinci variantda eşidən pasiyent əməliyyata razılıq verməyə bilər.
Azərbaycan dilinin izahlı lüğəti