lat. prunus
Gülçiçəklilər fəsiləsinin gavalıkimilər yarımfəsiləsindən bitki cinsi.
Hündürlüyü 12 m-ə çatan ağaclardır. Çəyirdəkli meyvələrə aiddir. Güllərinin rəngi ağ və ya çəhrayı rəngdə olur. Dünyada 30, Azərbaycanda isə 5 növü və çoxlu sortları yayılmışdır. Geniş yayılan və əhəmiyyətli növü adi G.-dır. Vətəni Qafqaz və Kiçik Asiyadır. Çox istifadə olunan sortları “Qara G.”, “Sarı G.”, “Albuxara”, “Xatını” və “Xurmayı” hesab olunur.
See also:
Biologiya terminlərinin izahlı lüğəti