1. Gəmiçinin işi, sənəti, peşəsi. □ Ən uşaqlıqdan möhnətə adət etmiş Məşədi Əsgər gəmiçilik işinə mahir olduqda özü üçün bir barkaz alıb işlətməyə şüru etdi. (S.M.Qənizadə).
2. Gəmi nəqliyyatı. □ Arktikanın öyrənilməsi şimal dənizlərində gəmiçiliyin və hava nəqliyyatının inkişafına böyük yardım göstərdi. (Qəzetlərdən).
3. Həmin nəqliyyat işləri ilə məşğul olan idarə, müəssisə. □ Xəzər dəniz gəmiçiliyi.