Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

gender bərabərliyi

ing. gender < lat. ge­nus – növ, cins

Qadın və kişilərin hüquq bərabərliyini, bu hüquqların həyata keçiril­məsi üçün onlara bərabər imkanlar yara­dıl­masını, həmçinin qadınlarla kişilərin cə­­miyyətdə bərabər sosial vəziyyətinin təmin olunmasını nəzərdə tutan konsepsiya.

Azərbaycan qanunvericiliyi kişi və qadınları siyasi, iqtisadi, sosial, mədəni ­hə­yatda, ictimai həyatın digər sahələrində bə­­rabər imkanlarla təmin edir, gender əsas­lı ayrı-seçkiliyin aradan qaldırılması üçün xüsusi normalar müəyyənləşdirir.

See also:

Jurnalistika terminləri lüğəti