Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

georgika

lat. georgica > yun. ge – torpaq + ergon – iş, əmək

Antik poeziyada kənd həyatına aid lirik mahnı və şeirlər.

Bukolik poeziyanın bir növüdür. Daha çox əkinçiliklə bağlı olub tarlada oxunurdu. Əsas məzmununu müxtəlif əkinçilik ilahlarına dua, xeyir-bərəkət arzusu, əmin-amanlığa çağırış motivləri təşkil edir. Vergilinin bu mövzuya həsr olunmuş dörd cilddən ibarət poeması da G. adlanır.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti